Dekabrın 9-u saat 08:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, düşən yağıntının miqdarı 24 mm-dək qeydə alınıb. Bu da aylıq normanın 81 faizini təşkil edir.
"Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 9-u günün ikinci yarısınadək davam edəcəyi gözlənilir", – deyə Gülnarə Abbasova qeyd edib.