AzTV tarixində yeni mərhələ başlayır - HD FORMATINA KEÇİRİK

AzTV tarixində yeni mərhələ başlayır - HD FORMATINA KEÇİRİK

16 Dekabr, 14:30 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziyası 2020-ci ildən HD formatına keçir. Proqramların yeni server sistemindən yayımlanması üçün lazımi avadalıqlar alınıb. Bu, 63 illik Azərbaycan Televiziyası tarixində böyük bir mərhələdir”.

Bu fikirləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Bədii Şuranın növbəti iclasında səsləndirib. Qeyd edib ki, verilişlərin daha da effektiv hazırlanması üçün 10-dan çox montaj kompüteri alınıb.

Həmçinin diqqətə çatdırılıb ki, yaxın günlərdə “Baku s Nadejdoy”, “Hüquq və mən” verilişləri efirə çıxacaq. İclasda Bədii Şura üzvləri Azərbaycan Televiziyası, “Mədəniyyət” və “İdman” kanallarında nümayiş olunan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, təklif və iradlarını bildiriblər.

Bədii Şuranın növbəti iclası 2020-ci ilin yanvar ayında keçiriləcək.

Ülviyyə Heydərova

CANLI YAYIM