Sosial siyasət modelinin daha bir göstəricisi - TƏHLİL

Sosial siyasət modelinin daha bir göstəricisi - TƏHLİL

18 Mart, 16:28 Sosial mediada paylaşın:

Ölkəmizdə həyata keçirilən siyasət ilk növbədə vətəndaşın rifahının yaxşılaşdırılmasına yönəlib. Müxtəlif resurslardan əldə edilən gəlirlər ilk növbədə əhalinin sosial xərclərinə yönəldilir.

Sosialyönümlü siyasətin nəticəsidir ki, 2003-cü ildən bu vaxtadək əməkhaqları təxminən 8 dəfə, pensiyalar 10 dəfədən çox artıb, yoxsulluq göstəricisi isə 5 faizdir. Yeni iş yerlərinin açılması, məşğulluq imkanlarının genişlənməsi nəticəsində əhalinin işsizlik göstəricisi 5 faizə enib. Onu da xatırladaq ki, son 16 ildə ölkəmizdə 2 milyondan çox yeni iş yeri yaradılıb.

Təkcə ötən il minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artırılıb. 280 mindən çox insanı əhatə edən 68 min ailə ünvanlı sosial yardımdan faydalanır. Hər bir ailə təxminən 140 ABŞ dolları ekvivalentində aylıq sosial yardım alır. Yüz minlərlə məcburi köçkün pulsuz ev və mənzillərlə təmin edilib. Məcburi köçkün ailələrinə orta hesabla 180 dollar ekvivalentində aylıq müavinət verilir.

Məşğulluq imkanlarının artması, eyni zamanda, yeni iş yerlərinin yaradılması sahəsində ardıcıl və nəticəyönümlü fəaliyyətlə paralel olaraq, dövlət aztəminatlı ailələrə də müxtəlif dəstək mexanizmləri axtarıb tapır. Bunlardan biri də uzun illərdir ki, tətbiq olunan ünvanlı sosial yardımdır.

Daha çox ailə sosial yardımdan yararlanacaq

Martın 16-da Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən bu istiqamətə xüsusi diqqət ayırdı.Dövlət başçısı ünvanlı sosial yardım alanların dairəsinin genişləndirilməsi ilə bağlı daha öncə verdiyi tapşırığın icra vəziyyəti ilə maraqlandı.

Nazir S.Babayev məlumat verdi ki, əgər 2019-cu ilin əvvəlində 40 min ailə bu proqramdan yararlanırdısa, ilin sonunda artıq ailələrin sayı 72 min oldu:

“Yəni bir il ərzində çox ciddi şəkildə, təqribən 60-70 faizlik artım əldə edildi. Digər tərəfdən, bu il üçün dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılır. Bu da ünvanlı sosial yardım proqramının əlavə olaraq daha 20 faiz genişləndirilməsi deməkdir. Bununla bərabər, kriteriyaların yumşaldılması və bu istiqamətdə əhaliyə dəstək verilməsi barədə Sizin tapşırığınız olmuşdu. Artıq ötən il bir sıra istiqamətlərdə addımlar atıldı, torpaq pay mülkiyyəti ilə bağlı yüngülləşmələr tətbiq olundu, sırf o islahatın nəticəsində əlavə 7 min ailə ünvanlı sosial yardım proqramına daxil ola bildi. Bu il üçün də kommunal xərclərin limitinin artırılmasına dair təkliflər hazırlanmışdır və hökumət tərəfindən müzakirə olunur. Yeni parlament tərəfindən qanunvericiliyə edilən dəyişikliklərlə biz 85-90 min ailənin məhz ünvanlı sosial yardım proqramı ilə əhatə olunmasını təmin edəcəyik.

Paralelolaraq, ehtiyacmeyarınınbirilərzindəciddi şəkildə - 10 faizdənçoxartırılması, 143 manatdan 160 manata çatdırılması imkan verdiki, ünvanlı sosial yardımın məbləği də artsın. Əgər 2018-ci ildəünvanlı sosial yardımın məbləği 160 manat idisə, ötən il 200 manata çatdı. Bu il üçün proqnozlarımıza əsasən, bu rəqəm 215-220 manat arasında olacaq. Deməli hər ay ünvanlı sosial yardım alanlar bu qədər vəsaitlə təmin olunacaqlar”.

Azərbaycan modeli izlənilir

Azərbaycanın sosial sahədə həyata keçirdiyi siyasət beynəlxalq miqyasda maraqla izlənilir.

Davos Dünya İqtisadi Forumunun yaradıcısı və prezidenti, professor Klaus Martin Şvabın 2018-ci ildə dərc edilmiş hesabatında dünyanın 140 ölkəsinin rəqabət qabiliyyəti göstəricilərinin təhlili nəticələri və bu parametrin insanların rifahının yüksəldilməsi hesabına ölkənin inklüziv inkişafına təsiri ilə bağlı elmi tədqiqat yer alıb.

Həmin hesabatda göstərilir ki, ABŞ, Almaniya və Danimarkanın iqtisadi göstəriciləri müqayisə edilən digər ölkələrdəkindən əhəmiyyətli dərəcədə yüksək olsa da, sosial siyasət baxımından Azərbaycan onlardan üstün mövqeyə malikdir. Yüksək inkişaf etmiş bu ölkələr sosial siyasət və gəlirlərin əhali arasında ədalətli bölgüsünü xarakterizə edən Cini indeksinə görə Azərbaycandan geridədir. Başqa sözlə desək, Azərbaycan müqayisə edilən ölkələr sırasında ən səmərəli sosial siyasəti ilə seçilir.

Yaxud başqa bir fakt: Azərbaycanda sosial sahədə elektron texnologiyaların geniş tətbiqi bu sahədə maksimum şəffaflığı təmin etməyə imkan verir. Ölkəmiz bu sistemi daim yeniləyir və təkmilləşdirir. Bu amil özü də beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir. Ötən il Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən 20 ölkədən 76 sosial layihənin iştirak etdiyi müsabiqənin nəticəsinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımı üzrə elektron sisteminin xüsusi mükafata layiq görülməsi də məhz bu sahədə şəffaf, elektron sistemin qurulmasının nəticəsi idi.

Hazırda vətəndaş təmsil etdiyi ailənin sosial yardım almaq hüququna baxılması üçün yalnız e-qaydada müraciət edərək ailəsinin tərkibi, gəlirləri, əmlakı və s. barədə məlumatları e-sistemə daxil edir və bu məlumatlar avtomatlaşdırılmış rejimdə yoxlanaraq qərar qəbul olunur. Bu isə məmur-vətəndaş təmasını minimallaşdıraraq şəffaf və çevik qərarların qəbul edilməsini, dövlətin sosial siyasətinin birbaşa vətəndaşın rifahının yüksəldilməsinə xidmət etməsini təmin edir.

Ünvanlı sosial yardım proqramının əhatə dairəsi genişləndirilir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi üçün “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda və sosial yardımın alınması üçün müraciət edilməsi, təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı qaydalarda dəyişikliklər layihələri hazırlanıb. Ünvanlı yardım üçün müraciət edənlərin kommunal və rabitə xərclərinin limiti artırılacaq. Ünvanlı sosial yardım alan ailələrin sayı ötən il 40 mindən 72 minə çatıb. Bu il ünvanlı sosial yardım alan ailələrin sayının ümumilikdə  85-90 minə çatdırılması nəzərdə tutulur.

Vüsal Məmmədov

 

CANLI YAYIM