aztv-banner

Şəhərdənkənar | 13.02.2022

ƏYLƏNCƏ

ŞƏHƏRDƏNKƏNAR

"ŞƏHƏRDƏNKƏNAR" verilişi adından da göründüyü kimi şəhərdən kənar yerlərdə çəkilir. Verilişin hazırlanmasında ekstrim idman növləri xüsusi yer tutur. Adrenalin, həyəcan, güc, əyləncə, enerji dolu bu veriliş çətin iqlim şəraiti, keçilməz relyefi olan dağ zirvələrində, çay kənarlarında hazırlanır.
Tamaşaçıların marağına səbəb olan verilişdə dağ velosipedi, xizəkçilik, qayıq sürmək kimi ekstrim idman növləri haqqında verilişin bu sahələr üzrə ixtisaslaşmış qonaqları məlumat verir.
Ekstremal idman növləri, ümumiyyətlə bir növ təhlükə, hündürlük, sürət və ya vəhşi fəndləri əhatə edən dəyişən bir sıra hərəkətli idman növlərini əhatə edir. Bir çox hallarda, ekstremal idman növləri rəqabət üçün deyil, həyəcan üçün istifadə olunur. Ekstremal idman növlərinin əksəriyyəti fərdi idman növləridir.
Veriliş Natiq Yusifli və Fərhad Davidov tərəfindən hazırlanır.
Verilişin gələcəkdə həddindən artıq çətin və təhlükəli sayılan, skeytbord, snoubord, BMX və sörf kimi tanınan idman növləri haqqında da çəkilişləri nəzərdə tutulur.

10:30 / Bazar

CANLI YAYIM