aztv-banner

AR Klub | 20.02.2022

ƏYLƏNCƏ

AR KLUB

Artıq insanlar orqanizmdə baş verən ağrıları müxtəlif idman hərəkətləri ilə aradan qaldıracaqlar. Bunun üçün Azərbaycan Televiziyasının "AR KLUB" verilişini izləmək kifayətdir. Verilişin aparıcısı tanınmış mütəxəssis Aleksandr Rıbakovdur.
Verilişdə mütəxəssisin maraqlı məsləhətləri ilə yanaşı müxtəlif idman növlərini haqqında məlumat verilir. Mütəxəssisin fikirincə maddələr mübadiləsinin pozulması və ya qığırdaq toxumalarının yeyilməsi nəticəsində yaranan bir çox xəstəlikləri idman hərəkətlərinin sistemli şəkildə aparılması ilə aradan qaldırmaq mümkündür. Eyni zamanda verilişdə hava şəraitindən asılı olaraq geyim seçimi, düzgün qidalanma prosedurları, arıqlama və orqanizmin vitamin təlabatını ödəmək üçün müxtəlif qaydalar tamaşaçılara təqdim olunur.

10:30 / Şənbə

CANLI YAYIM