"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.
Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbəreə görə, Ağdam klubu ilk matçını sentyabrın 19-u doğma meydanda "Sevilya"ya qarşı keçirəcək. İkinci turda “Düdelanj”ın qonağı olacaq "Qarabağ" 3 və 4-cü turlarda bu mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəldiyi Kipr APOEL-i ilə qarşılaşacaq.
5-ci turda "Sevilya"nın qonağı olacaq Qurban Qurbanovun komandası son turda "Düdelanj"ı qəbul edəcək.
I tur
19 sentyabr
20:55. "Qarabağ" - "Sevilya" (İspaniya)
II tur
3 oktyabr
23:00. “Düdelanj” (Lüksemburq) - "Qarabağ"
III tur
24 oktyabr
20:55. "Qarabağ" - APOEL (Kipr)
IV tur
7 noyabr
21:55. APOEL - "Qarabağ"
V tur
28 noyabr
00:00. "Sevilya" - "Qarabağ"
VI tur
12 dekabr
21:55. "Qarabağ" - “Düdelanj”