AzTV-dən Qarabağa qayıdışa töhfə - “Yurd yeri” adlı yeni film çəkilib

AzTV-dən Qarabağa qayıdışa töhfə - “Yurd yeri” adlı yeni film çəkilib

27 May, 18:51 Sosial mediada paylaşın:

Bədii və sənədli filmlərin istehsalı ilə məşğul olan Azərbaycan Televiziyası (AzTV) QSC-​nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi işğaldan azad olunan ərazilərimizə qayıdışa həsr olunmuş bədii film çəkib.

“Yurd yeri” adlanan filmin qəhrəmanının anadan olduğu yurdu düşmən tapdağından azad olunub. O, nəyin bahasına olursa-olsun doğma kəndini, ocağını görmək istəyir. Düşmən evini yerlə yeksan etsə də, uşaqlıq, gənclik xatirələri ilə öz evini tapır.

Filmin ssenari müəllifi Elçin Musaoğlu, quruluşçu rejissoru Vüsal Qarayev, quruluşçu operatoru Seymur İsmayılov ,bəstəkarı Əvəz Muradov və prodüseri Fatimə Əzimovadır. Baş rolda Xalq artisti Vidadi Əliyev, rollarda Elnar Qarayev və Əhəd Abbasov çəkilib.

“Yurd yeri” filmi mayın 27-si, saat 21:30-da AzTV-də yayımlanacaq.

CANLI YAYIM