Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçiriləcək.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbir çərçivəsində türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.
Tədbir çərçivəsində Türk Şurasının 2-ci Biznes mükafatının təqdimetmə mərasimi keçiriləcək, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpasına həsr edilən Biznes Forum da təşkil olunacaq.