Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edilib

Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edilib

1 Dekabr, 17:19 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamına əsasən, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Emin Zamin oğlu Hüseynov Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin olunub.

 

CANLI YAYIM