Hesablama Palatasının 20 illiyi münasibətilə bir qrup şəxs təltif olunub

Hesablama Palatasının 20 illiyi münasibətilə bir qrup şəxs təltif olunub

6 Dekabr, 12:44 Sosial mediada paylaşın:

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 20 illiyi münasibətilə Palatanın fəaliyyətində xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, bir nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 8 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Gülməmmədov Vüqar Tapdıq oğlu

“Tərəqqi” medalı ilə

Hümbətov Qüdrət Məhəmməd oğlu

Səfərov Fəqan Şayıb oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Atalıyev Elgün Yavər oğlu

Əliyeva Nahidə Azər qızı

Həsənov Əfqan Famil oğlu

Həsənova Lalə Eyvaz qızı

Məmməd Zadə Seymur Malik oğlu

Mürşüdov Ürfət İsax oğlu

Paşayev Fariz Vaqif oğlu

Vəliyev Zaur Teyyub oğlu.

CANLI YAYIM