“İtkin düşən 4000 azərbaycanlı: açıq yara hələ də sağalmayıb”

“İtkin düşən 4000 azərbaycanlı: açıq yara hələ də sağalmayıb”

6 Dekabr, 14:29 Sosial mediada paylaşın:

“Eurasia-review.com” portalında tədqiqatçı Taras Kuzionun “İtkin düşən 4000 azərbaycanlı: açıq yara hələ də sağalmayıb” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə amerikalı jurnalist Tomas Qoltsun hələ 1994-cü ildə topladığı məlumatlara istinadən qeyd edilir ki, əsir düşən mülki şəxslər qullar kimi fərdi evlərdə işlədilir, qarşı tərəflə girovlar qarşılığında, bəzən isə yemək və yanacaq əvəzinə dəyişdirilirdi. Hətta Ermənistanın ovaxtkı prezidenti Levon Ter-Petrosyan beynəlxalq müşahidəçilərin Cenevrə Konvensiyasının pozulmasına dair ittihamlarını cavabsız qoymuşdu.

Məqalədə erməni əsirliyində olan azərbaycanlıların qətlə yetirilməsinə dair faktlara da yer verilir. Bildirilir ki, İrəvanda 7 müharibə əsiri güllələnib. 1994-cü ildə baş vermiş bu hadisə barədə “Human Rights Watch” təşkilatı da məlumat yayıb. Yazıda o da vurğulanır ki, Ermənistan tərəfindən törədilən cinayətlərin əksəriyyəti qərb siyasətçiləri, ekspert və medianın heç vaxt geniş şəkildə diqqətində olmayıb.

Sonda qeyd edilir ki, beynəlxalq ictimaiyyət Ermənistana arxivləri açmaq və itkin düşmüş 4 min azərbaycanlı barədə məlumatları təqdim etmək üçün təzyiq göstərməlidir.

CANLI YAYIM