Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə ötən həftə ərzində 30 mina aşkarlayıb.
Bu, agentliyin azad edilmiş ərazilərdə əməliyyatlar barədə həftəlik məlumatında yer alıb.
Məlumata görə, noyabrın 29-dan dekabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 3 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 19 partlamamış hərbi sursat aşkarlanıb. 70 hektar ərazi mina və hərbi sursatlardan təmizlənib.