Polşa Belarusla sərhəddə sədd tikir

Polşa Belarusla sərhəddə sədd tikir

26 Yanvar, 11:38 Sosial mediada paylaşın:

Polşa qanunsuz miqrantların ölkə ərazisinə daxil olmasının qarşısını almaq üçün Belarusla sərhəddə səddin tikintisinə başlayıb.

Sərhəd xidmətinin yaydığı məlumata görə, tikinti işləri eyni vaxtda 4 ərazidə aparılacaq. Plana əsasən, səddin uzunluğu 186 kilometr olacaq və tikintiyə təxminən 400 milyon dollar vəsait sərf olunacaq. Səddin iyunda hazır olacağı gözlənilir. Gələcəkdə onun müasir müşahidə vasitələri ilə təchiz olunması planlaşdırılır.

Belarusun Latviya, Litva və Polşa ilə sərhədində vəziyyət 2021-ci il noyabrın 8-dən sonra gərginləşib. Minlərlə miqrant Belarus tərəfdən Polşa sərhədinə yaxınlaşıb, bəziləri bu ölkənin ərazisinə keçməyə cəhd edib. Ötən il ərzində 40 minə yaxın belə cəhd qeydə alınıb.

CANLI YAYIM