İdman TV Bakıda keçirilən beynəlxalq yarışı canlı yayımlayır

İdman TV Bakıda keçirilən beynəlxalq yarışı canlı yayımlayır

3 Mart, 10:39 Sosial mediada paylaşın:

Bu gün Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə Bakıda daha bir beynəlxalq yarışa start verilib.

Ölkəmiz ilk dəfə təşkil olunan Dünya Yaş Qrupları üzrə Akrobatika Gimnastikası turnirinə ev sahibliyi edir. Yarışda 26 ölkədən 466 atlet bacarığını nümayiş etdirir. İdmançılar oğlan və qızlar, qarışıq cütlüklər, eləcə də qrup proqramında məharətlərini göstərirlər. Ölkəmizi yarışda müxtəlif proqramlarda 12 gimnast təmsil edir.

Xatırladaq ki, ötən il Cenevrədə təşkil olunan yarışda komandamız bürünc medal qazanmışdı. Martın 6-dək keçiriləcək turnir İdman TV-də canlı yayımlanır.

CANLI YAYIM