TRT AzTV əməkdaşlarını təltif edib

TRT AzTV əməkdaşlarını təltif edib

19 Mart, 12:38 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Türkiyə və Radio Televiziya Qurumu ilə əməkdaşlığı çərçivəsində təşkil olunan təlimlər bu gün başa çatıb.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, 2 həftəlik təlimlərdə iştirak edən AzTV əməkdaşları sertifikatlarla təltif olunublar.

Təlimlərin yekunu ilə əlaqədar təşkil olunan tədbirdə TRT-dən gəlmiş mütəxəssislərin AzTV əməkdaşları ilə qarşılıqlı təcrübə mübadiləsinin faydasından bəhs edilib. Qeyd edilib ki, 14 gün müddətində həm AzTV, həm də TRT əməkdaşları iş prosesində birgə iştirak ediblər.

QSC sədri Rövşən Məmmədov çıxış edərək bildirib ki, AzTV-TRT əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün yeni qərarlar verilib. Bunlardan ən əhəmiyyətlilərindən biri AzTV əməkdaşlarının bilik və bacarıqlarını inkişaf etdirmələri üçün mütəmadi olaraq TRT Akademiyasına göndərilməsidir. Belə ki, ildə bir neçə dəfə 6 nəfərlik komanda Türkiyəyə göndəriləcək. Onlar TRT Akademiyasında dərslərdə iştirak edəcəklər.

Bundan başqa, TRT mütəxəssislərinin AzTV-də təlimləri də ildə bir neçə dəfə təşkil olunacaq.

CANLI YAYIM