Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Azərbaycan Televiziyasına (AzTV) eksklüziv müsahibə verib.
Nazir gürcüstan-Azərbaycan əlaqələrinin bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də yüksələn xətlə inkişaf etdiyini bildirib. İki ölkə arasında ticarət dövriyyəsinin hər il artdığını qeyd edən L.Davitaşvili bildirib ki, ölkələr arasında mədəniyyət, turizm sahəsində də əməkdaşlıq genişlənir. Azərbaycanın iqtisadi inkişafının region ölkələrinə ilham verdiyini vurğulayan nazir hesab edir ki, inkişafı sürətləndirmək üçün əməkdaşlığı dərinləşdirmək vacibdir.