“Qazprom” Bolqarıstan və Polşaya qaz tədarükünü dayandırdı

“Qazprom” Bolqarıstan və Polşaya qaz tədarükünü dayandırdı

27 Aprel, 12:02 Sosial mediada paylaşın:

Rusiyanın “Qazprom” şirkəti Bolqarıstanın “Bulqarqaz” və Polşanın PGNiG kompaniyalarına qaz tədarükünü tam dayandırdığını elan edib.

Buna səbəb qazın pulunun rublla ödənilməsindən imtina olunmasıdır. Bildirilir ki, qaz tədarükü aprelin 27-dən başlayaraq ödəniş müəyyən olunmuş qaydaya müvafiq surətdə həyata keçirilən vaxtadək dayandırılıb və bu barədə hər iki kompaniyaya qabaqcadan bildiriş göndərilib.

“Qazprom”dan xatırladıblar ki, Bolqarıstan və Polşa tranzit dövlətlərdir. Əgər onlar üçüncü ölkələr üçün nəzərdə tutulmuş həcmdən qeyri-qanuni qaz götürməyə başlasalar, yanacaq tranziti həmin miqdarda ixtisar olunacaq.

CANLI YAYIM