Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı başladı

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı başladı

5 May, 11:56 Sosial mediada paylaşın:

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı başlayıb.

Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Çin, Yaponiya və digər ölkələrdən ümumilikdə 400-dən çox nümayəndənin iştirak etdiyi festivalda yerli və dünya mətbəxindən təqdimatlar keçiriləcək.

Bundan başqa, Azərbaycan regionlarının və müxtəlif ölkələrin aşpazlarının canlı performansları, müxtəlif milli yeməklər, əyləncələr, sərgilər, yerli və xarici aşpazların ustad dərsləri nümayiş olunacaq.

Festivala mayın 8-də yekun vurulacaq.

CANLI YAYIM