"Bizə verilməyən işgəncə qalmamışdı..." - Şuşa həbsxanasına dair qorxunc həqiqətlər AzTV-nin "Səhər açılsın" filmində

"Bizə verilməyən işgəncə qalmamışdı..." - Şuşa həbsxanasına dair qorxunc həqiqətlər AzTV-nin "Səhər açılsın" filmində

9 May, 14:36 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası (AzTV) Birinci Qarabağ müharibəsi zamanı Şuşa həbsxanasında saxlanılan əsirlər barədə film hazırlayıb.

"Səhər açılsın" adlanan filmin qəhrəmanları Şuşa həbsxanasında əsirlikdə olmuş Həbib Kazımov, Zahid Həsənov və Camaləddin Hüseynovdur.

Filmdə 3 əsirin timsalında Şuşa həbsxanasındakı dəhşətlər, orada saxlanılan azərbaycanlıların başlarına gələnlər barədə məlumat verilir, onların yaşadığı ağır həyat şəraitindən bəhs olunur. Bununla yanaşı, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən sonra baş verənlər və Şuşa həbsxanasındakı azərbaycanlılara dəhşətli işgəncələr edən şəxslərin həbs olunmasına dair görüntülər də "Səhər açılsın"da öz əksini tapıb.

Filmin layihə rəhbəri Elçin Musaoğlu, prodüseri Fatimə Əzimova, ssenari müəllifi və quruluşçu rejissoru Pərviz Həsənov, rejissoru isə Elvin Mirzəyevdir. "Səhər açılsın" 8 may tarixində AzTV-də yayımlanıb.

Qeyd edək ki, 2020-ci ildə Şuşa şəhəri azad edildikdən sonra eyniadlı həbsxana yenidən Azərbaycanın nəzarətinə keçmişdir.

CANLI YAYIM