“Xarıbülbül” Beynəlxalq Folklor Festivalının ikinci günü

“Xarıbülbül” Beynəlxalq Folklor Festivalının ikinci günü

13 May, 12:20 Sosial mediada paylaşın:

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı davam edir.

Festival Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli” çərçivəsində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.

Qeyd edək ki,“Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin mayında Şuşada Cıdır düzündə keçirilib. Həmin il festival Ağdam rayonunun Abdal-Gülablı kəndindən başlayaraq Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatıb. 

CANLI YAYIM