Azərbaycanda COVID-19 əleyhinə 3 min dozadan çox vaksin vurulub

Azərbaycanda COVID-19 əleyhinə 3 min dozadan çox vaksin vurulub

20 May, 17:13 Sosial mediada paylaşın:

Mayın 20-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 min 67 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 347, ikinci doza vaksinlərin sayı - 587, üç və daha çox doza vaksinlərin sayı – min 910, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 223-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 701 min 250, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 345 min 251, ikinci mərhələ üzrə 4 milyon 846 min 372, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 265 min 489, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 244 min 138-dir.

CANLI YAYIM