Moskvada “Qloballaşan dünyada mədəniyyətlərin dialoqu mədəniyyəti” kitabı təqdim edildi

Moskvada “Qloballaşan dünyada mədəniyyətlərin dialoqu mədəniyyəti” kitabı təqdim edildi

21 May, 15:18 Sosial mediada paylaşın:

Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə Moskvada “Qloballaşan dünyada mədəniyyətlərin dialoqu mədəniyyəti” kitabının təqdimatı olub.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan təqdimat mərasimində çıxış edən səfir Polad Bülbüloğlu Ulu Öndərin zəngin ömür yolundan danışıb. Qeyd edib ki, atadan miras qalan uzaqgörənlik, ruh möhkəmliyi, özünütəsdiq, sərkərdəlik istedadı Prezident İlham Əliyevə imkan verdi ki, 44 gün ərzində işğal altında olan torpaqları hərbi-siyasi yolla azad etsin.

Təqdim edilən kitab isə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə artıq 4-cü dəfə keçirilən Beynəlxalq Elmi Konfransın materialları əsasında hazırlanıb. 3 məqalədən ibarət bu topluda azərbaycanlı alimlərlə yanaşı Rusiya və Özbəkistan alimləri də təmsil olunublar.

CANLI YAYIM