Şamaxı türk dünyasının turizm paytaxtı seçildi

Şamaxı türk dünyasının turizm paytaxtı seçildi

24 May, 14:06 Sosial mediada paylaşın:

Şamaxı şəhəri 2023-cü il üçün türk dünyasının turizm paytaxtı seçilib.

Bu barədə qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib. Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 7-ci görüşündə bildirilib ki, müasir İpək yolu turizm marşrutunun inkişafı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanda turizm sənayesinin artıq özünü bərpa etməyə başladığını deyib.

Qeyd edilib ki, ölkələrimiz arasında turizm əlaqələrinin inkişafı və turist mübadiləsinin artırılması üçün qarşılıqlı təbliğatın aparılması, turistlərin statistikasında türk dövlətlərinin payının artması vacibdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tarixi köklərlə bir-birinə bağlılığı, coğrafi yaxınlıq, vizasız gediş-gəliş və birbaşa uçuşların turizm əlaqələrinin inkişafına töhfə verdiyi vurğulanıb.

CANLI YAYIM