“TRT Haber”də AZTV ilə bağlı süjet yayımlandı

“TRT Haber”də AZTV ilə bağlı süjet yayımlandı

26 May, 17:51 Sosial mediada paylaşın:

AzTV-TRT əməkdaşlığı çərçivəsində Azərbaycan Televiziyasının 6 əməkdaşı (müxbir, sosial media mütəxəssisi, rejissor, operator, işıqçı, montajçı) Türkiyəyə yollanıb.

Onlar TRT-nin Akademiyasında 10 gün müddətinə nəzərdə tutulmuş təcrübə proqramında iştirak edirlər.

“TRT Haber” telekanalında AzTV əməkdaşlarının təcrübə proqramında iştirakı ilə bağlı süjet yayımlanıb. Süjetdə AzTV-TRT əməkdaşlığının tarixçəsindən bəhs olunub, TRT-nin baş direktorunun köməkçisi Fethi Fahri Kaya, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Xarici əlaqələr və tərəfdaşlıq şöbəsinin rəhbəri Uğur Tanyelinin fikirlərinə yer verilib.

Qeyd edək ki, ilin sonuna kimi AzTV-nin daha bir neçə əməkdaşının TRT-də təcrübə keçmək üçün Türkiyəyə göndərilməsi planlaşdırılır.

CANLI YAYIM