Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrasına başlanılıb.
Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub. 167 şəxs azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilib. 36 şəxsin azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsi yarıyadək endirilib. 3 şəxs şərti məhkum etmədən azad olunub. Bundan başqa, 6 şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilib. Əfv olunan şəxslər arasında 3 nəfər jurnalist və bloqçu, 3 nəfər siyasi partiya üzvü var.
Əfv sərəncamı 2018-ci il 10 iyul tarixində Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən 20 nəfərə də şamil olunub.