İdman TV “Formula 1”in yayım hüququnu aldı

İdman TV “Formula 1”in yayım hüququnu aldı

2 İyun, 17:18 Sosial mediada paylaşın:

İdman TV “Formula 1” 2022-nin yayım hüququnu alıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Azərbaycan qran-prisindən başlayaraq “Formula 1” üzrə 2022-ci il mövsümünun qalan hissəsi İdman TV vasitəsilə canlı yayımlanacaq.

Bakıda baş tutacaq yarış 10-12 iyun tarixlərində İdman TV-də efirə veriləcək.

Qeyd edək ki, 5-ci dəfədir Azərbaycan “Formula 1”ə ev sahibliyi edir. Daniel Rikardo (2017), Luis Hemilton (2018), Valtteri Bottas (2019) və Serxio Peres (2021) Azərbaycan qran-prisinin qalibləri olublar.

Onu da bildirək ki, hazırda pilotların sıralamasına 125 xalla son dünya çempionu Maks Ferstappen (“Red Bull”) başçılıq edir. Konstruktorların yarışında isə “Red Bull”un (235 xal) üstünlüyü var.

“Formula 1” Azərbaycan qran-prisi 2022-yə biletlər www.bakucitycircuit.com saytında satışa çıxarılıb.

CANLI YAYIM