“Formula 1” Azərbaycan qran-prisində bu gün: sərbəst yürüş və təsnifat mərhələsi

“Formula 1” Azərbaycan qran-prisində bu gün: sərbəst yürüş və təsnifat mərhələsi

11 İyun, 11:07 Sosial mediada paylaşın:

Bakıda keçirilən “Formula 1” Azərbaycan qran-prisi bu gün sərbəst yürüş və təsnifat mərhələsi ilə davam edəcək.

Təsnifat mərhələsi saat 18:00-da start götürəcək. İyunun 12-də başa çatacaq Azərbaycan qran-prisini yerli azarkeşlərlə yanaşı, xeyli sayda əcnəbi idmansevər də tribunadan izləyir.

Bundan başqa, yarışı dünyanın bir sıra nüfuzlu idman televiziya kanalları vasitəsilə izləmək mümkündür. “Formula 1” yarışlarının tamaşaçı auditoriyası 1,5 milyard nəfərə yaxındır. Azərbaycanda isə “Formula 1” yarışları İdman TV vasitəsilə canlı yayımlanır.

CANLI YAYIM