Leysan yağışları Daşkəsəndə fəsadlar törədib

Leysan yağışları Daşkəsəndə fəsadlar törədib

11 İyun, 12:37 Sosial mediada paylaşın:

Ötən gün axşam saatlarında Daşkəsən rayonu ərazisində dolu ilə müşahidə olunan güclü leysan yağışları əsasən rayonun Çanaqçı və Alaxançallı kəndlərində körpülərə, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin əkin sahələrinə və yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan vurub, bir sıra fəsadlar törədib. 

Sel suları Çanaqçı kəndi ərazisində kəndin iki hissəsini birləşdirən körpünü tamamilə dağıdıb. Alaxançallı kəndi ərazisində isə sel suları bir körpünü dağıdıb, kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, bir neçə avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb.

Bir çox ərazilərdə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb. İnsan itkisi və xəsarət alan yoxdur.

Hazırda dəymiş ziyanların həcminin müəyyən edilməsi istiqamətində Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən işlər davam etdirilir.

CANLI YAYIM