Zaqatalada “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə bağlı rəy sorğusu keçirildi - NƏTİCƏLƏR

Zaqatalada “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə bağlı rəy sorğusu keçirildi -NƏTİCƏLƏR

21 İyun, 16:18 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Analitik qrupu 2022-ci ilin növbəti rəy sorğusunu Zaqatalada keçirib.

Sorğu 11 iyun tarixində təsadüfi seçilən 75 Zaqatala sakini arasında baş tutub.

“AzTV-də hansı proqram sizə daha maraqlı gəlir?” sualına 33 respondent “AzTV Xəbər” cavabını verib. “Muğam” müsabiqəsinə maraq göstərənlər 27 nəfərdir.

Respondentlər arasında “Həftə” verilişini izləyənlər 24 nəfərdir.

Siyahıda 4-cü yeri “Gün başladı” verilişi tutur. Verilişi izləyənlər respondentlərin 17-sini təşkil edir.

5-ci yerdə isə 16 respondent səsi ilə “Gəncsən” verilişi qərarlaşıb.

“AzTV-də hansı efir simasını tanıyırsınız?” sualına cavab verənlərin 22-si “Muğam” müsabiqəsinin aparıcılarından biri Natəvan Osmanlının adını çəkib. Həmid Əsədzadə 14, İlham Rəhimli 12, Xədicə Sənanqızını isə 11 səs toplayıb.

“QSC-nin nəzdində fəaliyyət göstərən media subyektlərindən hansına daha çox vaxt ayırırsınız?” sualının cavabı isə aşağıdakı kimidir:

1.      AzTV – 24 səs

2.      Mədəniyyət TV – 18 səs

3.      İdman TV – 14 səs

4.      Azərbaycan Radiosu (105 FM) – 3 səs

AzTV-nin xəbər verilişlərinin ən çox izləniləni “AzTV Xəbər”in 20:00 buraxılışı olub. Respondentlərin 35-i gündəlik xəbərləri məhz bu buraxılışdan aldıqlarını deyiblər. “Region xəbərləri” isə 13 respondent rəyi ilə ikinci yerdədir. Xüsusi buraxılışlar 12, “AzTV Xəbər”in 16:00 buraxılışı 9 respondentin seçimi olub.

“İqtisadiyyat xəbərləri”nə baxanlar isə 6 nəfər olub.

Respondentlər QSC-nin fəaliyyətini daha çox “YouTube”dan izləyir. Onların 39-u belə deyib. Respondentlərin 25-i qurumun fəaliyyətini “Facebook”dan, 21-i “Instagram”dan, 12-si isə “Telegram”dan izlədiyini dilə gətirib. 17 respondent isə ümumiyyətlə sosial şəbəkələri izləmədiyini bildirib.

24 respondent deyib ki, AzTV-ni, əsasən, saat 20:00-22:00 aralığında izləyir. Saat 18:00-dan 20:00-a kimi izləyənlər isə 17 nəfər təşkil edir. 14:00-16:00, 22:00-00:00, 12:00-14:00 saat aralıqları da müvafiq olaraq AzTV-nin çox izlənilən vaxtlarıdır.

Respondentlərdən “Azərbaycan teleməkanında hansı layihələri AzTV-də görmək istəyərsiniz?” soruşulub. Cavablar aşağıdakı kimi olub:

1.       Hərbi-vətənpərvərlik – 35 səs

2.       Xarici verilişlər – 27 səs

3.       Təhsil – 25 səs

4.       Maarifləndirici – 19 səs

5.       Əyləncəli – 13 səs

Respondentlərə “Mədəniyyət” kanalı ilə bağlı da suallar verilib.

Sözügedən kanalın ən çox maraq görən proqramları isə aşağıdakı kimidir:

1. “Mədəniyyət xəbərləri” – 26 səs

2. “Ovqat” – 21 səs

3. “Dərs saatı” – 18 səs

4. “Kadra düşməyən həqiqətlər”, “Yadigarlar”, “Qırmızı xalı” – 17 səs

5. “Nağıl vaxtı” – 12 səs

Zaqatalalı respondentlər arasında Mədəniyyət TV-nin ən çox tanınan efir simaları:

1.       Nəcibə Əlixanova – 18 səs

2.       Səyyarə Səyyaf – 12 səs

3.       Mehriban Zəki – 11 səs

4.       Flora Xəlilzadə və Hüseyn Hüseynov – 10 səs

5.       Səbinə Öz – 9 səs

Sorğu iştirakçıları İdman TV-nin ən tanınmış simaları siyahısını aşağıdakı kimi müəyyənləşdirib:

1.       Könül Mahmudova – 19 səs

2.       Tural Məmmədli – 16 səs

3.       Günay Novruzqızı – 15 səs

4.       İqbal Aslanov – 14 səs

5.       İlkin Baba – 12 səs

“İdman” kanalının hansı verilişi sizə daha maraqlı gəlir?” sualına cavab verən respondentlərin 15-i “Bilinməyən mən” cavabını verib.

13 nəfər sorğu iştirakçısı “İdman xəbərləri”ni izləyir. 12 respondent “İdman səhər”ə, və “Futbolun dahiləri”nə, 11-i “İdman və media”ya, 9-u isə “Ay-ulduzlu liqa”ya baxdığını deyib.

“105 FM-də hansı proqramı dinləyirsiniz?” sualına respondentlərin 11-I “Xəbərlər” cavabını verib. Siyahı aşağıdakı kimi davam edir:

“Günün nəbzi” – 7 səs

“Soruşun, cavab verək” – 6 səs

“Gəl, səhərim” – 5 səs

“Ana Vətən” – 4 səs

Respondentlər arasında hansı xəbər müxbirini tanıdıqları ilə bağlı da sorğu keçirilib. Cavablar aşağıdakı kimidir:

1.       Amal Alışarlı – 13 səs

2.       Pərviz İmranoğlu və Fİdan Babayeva – 11 səs

3.       Ülviyyə Heydərova – 10 səs

4.       Samir Oruc – 9 səs

5.       Gülnaz Hacıyeva və Sabir Bilalov – 8 səs

Qeyd edək ki, rəy sorğusunun nəticələri ilə əlaqədar təqdim etdiyimiz hesabat ixtisarla dərc olunub. Nəticələrin rəy çoxluğuna görə ilk beşlikdə yer tutanları açıqlanıb.

CANLI YAYIM