Füzulidə tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat, o cümlədən raket sistemi aşkarlanıb.
Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının rayon ərazisində keçirdiyi növbəti tədbirlər zamanı tapılan 5 avtomat, 3 qumbaraatan, pulemyot, minaatan, tank əleyhinə idarəolunan raket sistemi, 44 müxtəlif növ qumbara, 7 mərmi, 2959 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.