Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunda hərbi hissənin açılışında iştirak edib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunda hərbi hissənin açılışında iştirak edib

27 İyun, 13:35 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Müdafiə naziri yeni inşa edilən hərbi şəhərciyin baş planı barədə Ali Baş Komandana məlumat verdi.

Prezident, Ali Baş Komandan İlham Əliyev şəxsi heyəti salamladı və hərbçiləri 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

CANLI YAYIM