Kür daşa bilər - Əhaliyə xəbərdarlıq edildi

Kür daşa bilər - Əhaliyə xəbərdarlıq edildi

28 İyun, 10:23 Sosial mediada paylaşın:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Kür çayı ətrafında yaşayan əhaliyə xəbərdarlıq edib.

Bildirilir ki, son günlərdə ölkə ərazisində, xüsusilə də şimal və qərb rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunur. Gədəbəydə iri dənəli dolu qeydə alınıb. Bu gün saat 08:30-a olan məlumatına əsasən, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi saat 07:00-la müqayisədə 9 sm artıb, 27 iyun saat 08:00-la müqayisədə isə 88 sm çox olub.

Bu gün ərzində Kür çayının yuxarı axınında yüksək sululuq müşahidə olunacaq, daşqın istisna edilmir. Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq edilir ki, Kür çayının yaxınlığında yaşayan şəxslər diqqətli olsunlar.

Yaxın günlər ərazində, yəni iyun ayının sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışların yağması ehtimalı var. Nəticədə dağ çaylarında qısa müddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

CANLI YAYIM