Azərbaycanın hərbi qulluqçularına diplomlar təqdim edilib

Azərbaycanın hərbi qulluqçularına diplomlar təqdim edilib

2 İyul, 10:05 Sosial mediada paylaşın:

İstanbulda Türkiyənin Milli Müdafiə Universitetinin növbəti buraxılışına həsr olunan mərasim keçirilib. Ümumilikdə 14 ölkəni təmsil edən 77 hərbi qulluqçu məzun adını qazanıb. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, milli müdafiə naziri Hulusi Akar və qoşun komandanlarının müşayiəti ilə keçirilmiş buraxılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq söyləyib. Məzunları ən səmimi sözlərlə təbrik edən dövlət başçısı onlara ən xoş arzularını çatdırıb, hərbi xidmətlərində müvəffəqiyyətlər diləyib.

Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, təhsil proqramı üzrə Müştərək Qərargahların idarə edilməsi və Qərargah zabitinin hazırlığı üzrə kursları müvəffəqiyyətlə bitirən Azərbaycan Ordusunun 34 hərbi qulluqçusuna diplomlar təqdim edilib.

Diplomlarını alan zabitlərimizə Azərbaycan Ordusu Komandanlığının təbriklərini çatdıran Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov onlara Azərbaycan Ordusunun müdafiə qüdrətinin inkişafı naminə gələcək şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

CANLI YAYIM