Azərbaycan və türkiyəli hərbçilərin iştirak etdiyi birgə təlimlərdə müxtəlif tapşırıqlar icra edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi qulluqçular təlimin ssenarisinə uyğun olaraq axtarış-xilasetmə, yaralıların döyüş meydanından təxliyəsi və digər tapşırıqları yerinə yetiriblər. Təlimdə qarşıya qoyulan tapşırıqlar hər iki qardaş ölkənin hərbçiləri tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək uğurla icra olunub.