Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən 8-ci “Muğam” Televiziya Müsabiqəsi davam edir.
Ötən gün paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində müsabiqənin 9-cu həftəsinin dinləməsi keçirililib. Gənc xanəndələr Məhəmməd Füzulinin qəzəllərinə, azyaşlı iştirakçılar isə Süleyman Rüstəmin yaradıcılığına müraciət ediblər.
Xatırladaq ki, “Muğam” Televiziya Müsabiqəsi həftədə iki dəfə - çərşənbə və cümə axşamları Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanır.