"Əziz Şuşa" beynəlxalq velosiped yarışının qalibi müəyyənləşib

"Əziz Şuşa" beynəlxalq velosiped yarışının qalibi müəyyənləşib

10 İyul, 14:14 Sosial mediada paylaşın:

Bu gün “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi keçirilib.

İkinci mərhələdə yarış iştirakçıları 71 kilometr məsafədə qrup ötüşməsində bacarıqlarını göstəriblər.

Füzuli Hava Limanından start götürən və Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısında başa çatan yarışın qalibi, birinci mərhələdə olduğu kimi, Türkiyənin “Sakarya BB Pro Team” klubunda çıxış edən Azərbaycanın elit milli komandasının kapitanı Elçin Əsədov olub. İkinci yeri Özbəkistan, üçüncü pilləni isə Monqolustan millisi tutub. İdmançılar birinci mərhələdə şose velosipedinin fərdi ötüşmə növündə 21 kilometr məsafədə mübarizə aparıblar.

Bu növ üzrə ən yüksək nəticəni Türkiyənin “Sakarya BB Pro Team” klubunda çıxış edən Azərbaycanın elit milli komandasının kapitanı Elçin Əsədov qazanıb. Milli komandamızın digər üzvü Musa Mikayılzadə gümüş, Rumıniyanın “CSA Steaua Cycling Team” komandasının üzvü Sergey Tsvetkov isə bürünc medala sahib olublar. Xatırladaq ki, yarışda Türkiyə, Böyük Britaniya, Rumıniya, Gürcüstan, Monqolustan, Tacikistan, Özbəkistan və Azərbaycan komandaları mübarizə aparırlar. Ölkəmizi elit, həmçinin gənclərdən ibarət milli komandalarımız, MSN və “Triterra” klubları təmsil edirlər.

CANLI YAYIM