“Qarabağ”ın yeni transferi “Sürix”lə oyun üçün sifariş olunub

“Qarabağ”ın yeni transferi “Sürix”lə oyun üçün sifariş olunub

18 İyul, 13:43 Sosial mediada paylaşın:

Ağdamın “Qarabağ” klubu yeni transferi Julio Roman Bakıda İsveçrənin “Sürix” komandasına qarşı UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda iştirak edə biləcək.

24 yaşlı yarımmüdafiəçi İsveçrə təmsilçisi ilə görüşlər üçün sifariş olunub.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də İsveçrədə olacaq.

CANLI YAYIM