“Qarabağ” növbəti mərhələdə: Ağdam klubu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib

“Qarabağ” növbəti mərhələdə: Ağdam klubu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib

27 İyul, 23:45 Sosial mediada paylaşın:

Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

Ağdam təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçrədə “Sürix” komandasının qonağı olub. “Letsiqrund” stadionunda oynanılan görüş 2:1 hesabı ilə İsveçrə çempionunun xeyrinə başa çatıb. Komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, qalibi müəyyən etmək üçün matçda əlavə vaxt oynanılıb. Əlavə vaxtda "Qarabağ"ın oyunçusu Ovusu Kvabenanın vurduğu qol matçın nəticəsini müəyyənləşdirib -2:2. Beləliklə, iki oyunun nəticəsinə görə, "Qarabağ" növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

CANLI YAYIM