"Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır" - MN

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır" - MN

7 Avqust, 13:15 Sosial mediada paylaşın:

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.

Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.

CANLI YAYIM