Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

9 Avqust, 12:30 Sosial mediada paylaşın:

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfərə gedib.

Hər iki ölkənin bayraqlarının dalğalandığı Konya şəhərinin hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşıladılar.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

CANLI YAYIM