Azərbaycan və Tacikistan televiziyalarının ortaq layihələri olacaq - FOTO

Azərbaycan və Tacikistan televiziyalarının ortaq layihələri olacaq - FOTO

15 Avqust, 14:32 Sosial mediada paylaşın:

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşündə ortaq tarixə, dini-mədəni irsə malik xalqlarımızın əlaqələrinin inkişafında qardaş ölkələrimizin dövlət televiziyalarının oynadığı rol, yaxın perspektivdə bu istiqamətdə atıla biləcək addımlar haqqında danışıldı.

Bildirildi ki, son 30 ildə ölkələrarası əlaqələr yüksələn templə inkişaf edib. Azərbaycan-Tacikistan əlaqələrinin əsasının qoyulmasında Ümummilli Lider Heydər Əliyevin və Prezident Emoməli Rəhmonun müstəsna xidmətləri var.

Qeyd olundu ki, hazırda Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon Azərbaycan-Tacikistan əməkdaşlığının daha da dərinləşdirilməsinə, bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsinə böyük töhfələr verirlər. Bu mənada Azərbaycan və Tacikistan televiziyalarının münasibətlərinin ortaq layihələrin həyata keçirilməsi, proqram mübadilələri, qarşılıqlı xəbər paylaşımları, ölkələr haqqında reportajların hazırlanması və sairə istiqamətlərdə inkişafı üçün çox böyük perspektivlər var. Görüş zamanı bu sahədə praktiki addımlar atılması ilə bağlı ümumi razılıq əldə olunub.

CANLI YAYIM