Ermənistanın 49 hərbçisi ölüb - Paşinyan açıqladı

Ermənistanın 49 hərbçisi ölüb - Paşinyan açıqladı

13 Sentyabr, 16:07 Sosial mediada paylaşın:

“Ermənistan tərəfindən 49 hərbçi ölüb”.

Bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı açıqlayıb.

Onun sözlərinə görə, bu, hələ son rəqəm deyil. O bildirib ki, döyüş əməliyyatlarının intensivliyi azalıb. Paşinyan, həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdiyini təsdiq edib. Baş nazir çıxışında Azərbaycanın Ermənistanla Qarabağ məsələsini müzakirə etməkdən imtina etdiyini də diqqətə çatdırıb. O deyib ki, Azərbaycan bunu Qarabağın Azərbaycanın daxili məsələsi olması ilə əlaqələndirir.

Qeyd edək ki, Ermənistan Baş nazirinin parlamentəki çıxışını müxalif deputatlar baykot edərək nümayişkaranə şəkildə zaldan çıxıblar. 

CANLI YAYIM