“Qarabağ” – “Nant”ı 3 cavabsız qolla məğlub edib

“Qarabağ” – “Nant”ı 3 cavabsız qolla məğlub edib

15 Sentyabr, 22:35 Sosial mediada paylaşın:

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Qarabağ” - “Nant” oyununda üçüncü qol vurulub.

Ağdam təmsilçisi hesab arasındakı fərqi üç topa çatdırıb - 3:0. Azərbaycan çempionunun heyətində matçın 72-ci dəqiqədə Marko Yankoviç fərqlənib. “Qarabağ”ın digər qollarını isə Kvabena Ovusu və Abdullah Zubir vurublar.

G qrupunun digər matçında Yunanıstanın “Olimpiakos” klubu “Frayburq”u (Almaniya) qəbul edir. Hazırda Almaniya klubu 3:0 hesabı ilə öndədir.

Qeyd edək ki, “Nant” ilk turda “Olimpiakos”u məğlub edib - 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.

 

CANLI YAYIM