“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

20 Sentyabr, 11:03 Sosial mediada paylaşın:

Bu gün müstəqilliyimizin simvolu, Azərbaycanın dünya miqyasında ilk beynəlxalq uğuru olan “Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür.

Ulu öndər Heydər Əliyevin şah əsərlərindən olan “Əsrin müqaviləsi” Azərbaycanın müstəqillik dayaqlarının möhkəmlənməsində, ölkəmizin siyasi və iqtisadi nüfuzunun artmasında müstəsna əhəmiyyətə malikdir. Müqavilə Azərbaycanda iqtisadiyyatın daha yüksək templə inkişafının təmin edilməsi baxımından yeni maliyyə bazası yaratdı.

Prezident İlham Əliyev neftdən əldə olunan gəlirlərin iqtisadiyyatın digər vacib sahələrinə yönəldilməsini, qeyri-neft sektorunun inkişafını, yeni istehsal müəssisələrinin yaradılmasını və bununla daha çox iş yerləri açaraq əhalinin sosial müdafiəsini gücləndirməyi qarşıya əsas hədəf qoydu.

“Əsrin müqaviləsi” ardınca yeni uğurlar gətirdi. Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkildi, Cənub Qaz Dəhlizi istifadəyə verildi.

2017-ci ilin sentyabrında Azərbaycan yenə də tarix yazdı. “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənmə müddəti 2050-ci ilə qədər uzadıldı.

CANLI YAYIM