"Ermənistanın sülhə və əməkdaşlığa ehtiyacı var" - Mövlud Çavuşoğlu

"Ermənistanın sülhə və əməkdaşlığa ehtiyacı var" - Mövlud Çavuşoğlu

25 Sentyabr, 10:06 Sosial mediada paylaşın:

"Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə təklif etdiyi hərtərəfli sülh müqaviləsinin mümkün qədər tez bir vaxtda Ermənistan və Azərbaycan tərəfindən imzalanması lazımdır. Biz bu prosesi dəstəkləyirik".

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Los-Ancelesdə türk icması ilə keçirdiyi görüşdə söyləyib.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın qazandığı böyük Zəfərdən sonrakı normallaşma prosesindən bəhs edən nazir Mövlud Çavuşoğlu deyib ki, Ermənistanı cəsarətləndirmək lazımdır: "Təəssüf ki, sayları az olan ABŞ-dəki erməni qrupu var ki, onlar Türkiyə ilə normallaşmaya qarşıdırlar. Halbuki onların Ermənistana heç bir müsbət töhfəsi yoxdur. Nifrət üzərində hərəkət edirlər. Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var. Onlar bu fürsəti dəyərləndirməlidirlər".

Əlli il əvvəl ASALA erməni terror təşkilatları tərəfindən türk diplomatlarının ilk dəfə məhz Los-Ancelesdə qətlə yetirildiyini xatırladan nazir Mövlud Çavuşoğlu türk icmasından fəal olmalarını, ABŞ-nin ictimai-siyasi həyatında ciddi təmaslar qurmalarını xahiş edib.

CANLI YAYIM