Şuşa, Ağdam və Füzuliyə səfər etmək istəyənlərin nəzərinə!

Şuşa, Ağdam və Füzuliyə səfər etmək istəyənlərin nəzərinə!

26 Sentyabr, 12:37 Sosial mediada paylaşın:

Şuşa, Ağdam və Füzuli istiqamətində oktyabra olan biletlər satışa çıxarılır.

Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, bu istiqamətlərdə müntəzəm avtobus reyslərinə biletləri sabah saat 17:00-dan etibarən əldə etmək mümkündür. Bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Xatırladaq ki, müntəzəm avtobus marşrutları ilə bu günədək 355 reys həyata keçirilib, 15 min 211 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərini ziyarət edib.

CANLI YAYIM