Teleradio Akademiyasına müdavimlərin seçim mərhələsi başlayıb

Teleradio Akademiyasına müdavimlərin seçim mərhələsi başlayıb

30 Sentyabr, 16:18 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasına müdavimlərin seçim mərhələsi başlayıb.

Akademiyaya qəbul müsabiqə yolu ilə, üç mərhələdən ibarət seçim üzrə həyata keçirilir. Müsabiqəyə ümumilikdə 220 nəfər CV göndərib, onlardan 123-ü 1-ci mərhələ üzrə seçim turuna dəvət edilib. Namizədlər arasından isə 50-yə yaxın iştirakçının Akademiyaya qəbulu nəzərdə tutulub. Müsabiqə peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinin iştirakı ilə həyata keçirilir. Seçimlər peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinə həvalə olunub.

Seçim turunun ikinci günündə QSC-nin sədri Rövşən Məmmədov da iştirak edib.

6 ay ərzində davam etməsi nəzərdə tutulan kurslarda müdavimlər AzTV-də, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında təcrübə proqramlarında iştirak edəcək, teleradio məkanı ilə bir daha yaxından tanış olacaqlar. Həmçinin müdavimlərin iş prosesini müşahidə etmək və iştirakçısına çevrilmək imkanı olacaq. Akademiyanı uğurla başa vuran müdavimlər QSC-də işlə təmin olunurlar.

CANLI YAYIM