Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib

Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib

3 Oktyabr, 15:39 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan cüdosunun inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Həsənov Tərlan Əliheydər oğlu

Rəcəbli Əhməddin İzət oğlu

“Tərəqqi” medalı ilə

Kələntərov Ceyhun Musa oğlu.

Prezident İlham Əliyev Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan cüdosunun inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

Məmmədli Elnur Çingiz oğlu

Qarayeva Sevda Qiyas qızı.

CANLI YAYIM