“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 121-ci kitabı nəşr edildi

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 121-ci kitabı nəşr edildi

5 Oktyabr, 13:31 Sosial mediada paylaşın:

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 121-ci kitabı çapdan çıxıb.

Nəşrdə Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısının çıxışı təqdim edilir. Kitabda ölkə başçısının Türkiyəyə işgüzar səfərinə, bu səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, o cümlədən Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşünə aid materiallar toplanılıb. Bu cilddə ölkə başçısının Qobustan, İsmayıllı və Ağsu rayonlarına, Sumqayıt şəhərinə səfərlərinə, ictimai-iaşə obyektlərinin açılışı mərasimlərində iştirakına dair materiallar, o cümlədən İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi də əksini tapıb. Kitabdakı materiallar bu ilin iyulundan sentyabr ayınadək olan dövrü əhatə edir.

CANLI YAYIM