Edillidə aşkarlanmış sümüklərdə zorakılıq izləri var

Edillidə aşkarlanmış sümüklərdə zorakılıq izləri var

5 Oktyabr, 16:19 Sosial mediada paylaşın:

Yeni kütləvi məzarlığın aşkarlandığı Xocavənd rayonunun Edilli kəndi ərazisində 3-4 gündən sonra qazıntı işləri yenidən davam etdiriləcək.

Bu barədə Xocavənddə keçirilən brifinqdə məlumat verilib. Bildirilib ki, insanların kütləvi şəkildə, qeyri-insani formada dəfn edilmələri onlara işgəncə və əzab verildiyini aydın şəkildə göstərir. Eyni zamanda, sümüklərdə zorakılıq izləri müşahidə olunur. Baxış protokolu başa çatdırılandan sonra aşkarlanan skelet sümükləri ərazidən götürüləcək. Nəticələr Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə kriminalistika şöbəsində müayinə edildikdən sonra ictimaiyyətə açıqlanacaq.

CANLI YAYIM